Dünya

Hörmüzdə ticarət gəmisinə müdaxilə: Gərginlik artdı

09 Sep 2026, 15:09 16 baxış Admin
Hörmüzdə ticarət gəmisinə müdaxilə: Gərginlik artdı

Hörmüz boğazında ticarət gəmisinin hərbi fəaliyyətlər çərçivəsində müdaxiləyə məruz qaldığı bildirilib.
“Bakupost” xəbər verir ki, Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları (BBDTƏ) qurumu hadisə ilə bağlı məlumat aldığını açıqlayıb.
Qurumun məlumatına görə, hadisə bölgədə davam edən hərbi fəaliyyətlər fonunda baş verib. Hazırda insidentlə bağlı araşdırma aparılır.
BBDTƏ bölgədə fəaliyyət göstərən dənizçilərə ən son dəniz təhlükəsizliyi məlumatlarını izləməyi və vəziyyətə qarşı ayıq olmağı tövsiyə edib.
Vüsalə Hüseynova,BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər