Dünya

Günəşin ən aydın görüntüsü

28 Aug 2026, 21:17 33 baxış Admin
Günəşin ən aydın görüntüsü

Günəşin görünən səthi indiyədək ən yüksək detallılıqla görüntülənib. Yeni görüntülər Günəşdə əvvəllər birbaşa müşahidə olunmayan burulğanabənzər strukturları ortaya çıxarıb.
“Bakupost” xəbər verir ki, alimlər bu görüntüləri Havayidə yerləşən “Daniel K. Inouye Günəş Teleskopu” vasitəsilə əldə ediblər. Fotolarda Günəşin fotosferində təxminən 20 kilometr ölçüsündə strukturlar qeydə alınıb.
Tədqiqatçılar görüntülərdəki dalğa və burulğanların “Kelvin-Helmholtz qeyri-sabitliyi” adlı fiziki hadisə ilə əlaqəli olduğunu bildirirlər.
Bu kəşf Günəşin xarici atmosferinin – koronanın – səthdən yüzlərlə dəfə daha isti olmasının səbəbini araşdırmağa kömək edə bilər. Günəşin səthinin temperaturu təxminən 5 500 dərəcə olduğu halda, koronada temperatur 1 milyon dərəcədən yuxarı qalxır.
Yeni müşahidələrin Günəşin təxminən 11 illik maqnit dövrünün və Günəş partlayışlarının daha yaxşı anlaşılmasına da töhfə verəcəyi gözlənilir.
Vüsalə Hüseynova,BakuPost

Content Image
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər