Siyasət

Ceyhun Bayramov Nyu Yorka yola düşdü

20 Sep 2026, 10:36 1 baxış Admin
Ceyhun Bayramov Nyu Yorka  yola düşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu York şəhərinə işgüzar səfərə yola düşüb.

News24.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Səfər çərçivəsində C. Bayramovun Baş Assambleyasının 81-ci sessiyasında, o cümlədən bir sıra digər beynəlxalq tədbirlərdə çıxış etməsi, habelə sessiyanın yüksək səviyyəli həftəsi çərçivəsində xarici dövlət rəsmiləri və beynəlxalq təşkilatların rəhbərləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər