Evdə it saxlayan valideynlərə maraqlı xəbər
28 Aug 2026, 17:08
76 baxış
Admin
Finlandiyada aparılan araşdırmada evdə it saxlanılması ilə uşaqların daha az tənəffüs yolu infeksiyası keçirməsi arasında əlaqə müəyyən edilib.
“Bakupost” xəbər verir ki, araşdırmada 368 uşaq bir il ərzində izlənilib. Evində it olan uşaqların daha az tənəffüs yolu infeksiyası keçirdiyi və daha az antibiotik istifadə etdiyi müəyyənləşib.
Tədqiqatçılar hesab edirlər ki, itlərin evə gətirdiyi bəzi mikroorqanizmlər uşaqların immun sisteminin inkişafına müsbət təsir göstərə bilər.
Lakin alimlər bunun birbaşa səbəb-nəticə əlaqəsi olduğunu təsdiqləməyib.
Vüsalə Hüseynova,BakuPost
Mənbə:
bakupost.az