Dünya

Ermənistan bizim sayəmizdə inkişaf edib, indi isə...

28 Aug 2026, 11:53 19 baxış Admin
Ermənistan bizim sayəmizdə inkişaf edib, indi isə...

Hazırda İrəvandakı rəhbərlik erməni xalqının maraqlarından fərqli olaraq başqa məqsədləri rəhbər tutur.
"Bakupost" Axar.az-a istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
"Rusiya ilə Ermənistan xalqlarının maraqları əsrlər boyu bir-biri ilə sıx bağlı olub və Moskva dəfələrlə çətin vəziyyətlərdə Ermənistana dəstək verib. Ermənistan rəhbərliyi hazırda Avropa Birliyinə (AB) istiqamət götürüb və AB-yə üzvlük prosesinə başlamaq barədə qanun qəbul edib. Avrasiya İqtisadi İttifaqı ölkələri Ermənistan rəhbərliyinə referendum keçirərək seçim etməyi təklif edib: AB-yə qoşulmaq, yoxsa Avrasiya İqtisadi İttifaqında qalmaq. Bu, tamamilə əsaslı tələbdır, çünki hər iki təşkilatın qaydaları bir-biri ilə uyğun gəlmir. Paşinyanın “vaxtı gələndə qərar verəcəyəm” açıqlaması erməni seçicilərə etimadın yüksək olmadığını göstərir. Son üç ildə Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi hər il 6 milyard dolları keçib, bir ildə isə 12 milyard dollara çatıb. Ölkə Avrasiya İqtisadi İttifaqının hesabına inkişaf edib”, - Lavrov bildirib.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər