Cəmiyyət

Mirşahin Ağayev Qurbanovdan yazdı: "Ayağa qalx!"

28 Aug 2026, 10:24 20 baxış Admin
Mirşahin Ağayev Qurbanovdan yazdı: "Ayağa qalx!"

Tanınmış jurnalist Mirşahin Ağayev “Qarabağ“ın UEFA Konfrans Liqasında “Tvente” klubuna məğlub olaraq mübarizəni dayandırmasına münasibət bildirib.

News24.az xəbər verir ki, jurnalist bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

“İstəməzdim ki, belə çıxsın: “Qurban Qurbanov köhnəlib; üslubuynan, adamlarıynan…” İstəməzdim ki Qurban belə

zənn edənlərlə barışsın; “bu gün göstərdi ki, Qurban Qurbanov dünəndi, “Sabah” deyil“... Söz oyunu kimi görünsə də söz oyunu deyil…istəməzdim! Uduzma, təslim olma Qurban! Ayağa qalx!”, - deyə Mirşahin Ağayev yazıb.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər