Xalq artistinin villası satışa çıxarıldı
26 Aug 2026, 08:34
1 baxış
Admin
Mərhum Xalq artisti, tanınmış qarmon ifaçısı Aftandil İsrafilovun Novxanıda yerləşən bağ evi satışa çıxarılıb.
"Bakupost" xəbər verir ki, bununla bağlı elan sosial şəbəkədə paylaşılıb.
Bildirilib ki, sözügedən ev 1 milyon 150 minə təklif edilir.
Qeyd olunub ki, 20 sotda inşa edilmiş, ümumi sahəsin650 kvadratmetr olan 10 otaqdan ibarət villadır.
Xatırladaq ki, A.İsrafilov 1941-ci il yanvarın 24-də Bakı şəhərində anadan olub. İfaçılıq sahəsində öz dəst-xətti olan sənətkar yaratdığı musiqi parçaları ilə milyonların qəlbini fəth edib.
O, dinləyicilərin qəlbində silinməz izlər buraxmış “Zemfira”, “Kəmalə”, “Nazilə”, "Aynurə", "Jalə", "Basqalı" kimi 100-ə qədər musiqi havasının müəllifidir.
Mərhum sənətkar Azərbaycan ifaçılıq məktəbinin inkişafındakı müstəsna xidmətlərinə görə 1998-ci ildə Xalq artisti fəxri adına, 2016-cı ildə “Şöhrət” ordeninə layiq görülüb.
O, 2003-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.
Lalə, Bakupost
Mənbə:
bakupost.az