İdman

ÇL: “Sabah” nə qədər qazanc əldə etdi?

26 Aug 2026, 10:43 1 baxış Admin
ÇL: “Sabah” nə qədər qazanc əldə etdi?

"Sabah"ın İsrail "Hapoel"ini məğlub edərək UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması klubun büdcəsinə böyük maliyyə vəsaiti gətirib.
"Bakupost" Offsideplus.az-a istinadla xəbər verir ki, Masazır təmsilçisi pley-off səddini keçməklə gəlirlərini rekord həddə çatdırıb.
Avrokuboklardakı uğurlu çıxışına görə 9 milyon avronu zəmanətləndirən "bayquşlar" "Hapoel" üzərindəki qələbə ilə UEFA-dan əlavə 11 milyon avro mükafat əldə edib.
Beləliklə, Çempionlar Liqasının əsas mərhələsinə adlayan "Sabah" ümumilikdə ən azı 20 milyon avro (təxminən 39 milyon 680 min manat) qazanc əldə edib.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər