Digər

Orqanizm üçün ən faydalı 4 çərəz

26 Aug 2026, 10:03 1 baxış Admin
Orqanizm üçün ən faydalı 4 çərəz

Gündəlik qidalanmada istifadə üçün ən faydalı çərəzlər açıqlanıb.

News24.az xəbər verir ki, qastroenteroloqlar qoz, badam, fındıq və keşyunun sağlam qidalanmanın bir hissəsi ola biləcəyini bildiriblər.

Bu çərəzlərin tərkibində orqanizm üçün vacib olan faydalı yağlar, zülal, lif, vitamin və minerallar var.

Onların müntəzəm istifadəsi ürək-damar sisteminin fəaliyyətinə müsbət təsir göstərə, xolesterinin səviyyəsinin tənzimlənməsinə və orqanizmin ümumi vəziyyətinin yaxşılaşdırılmasına kömək edə bilər.

Bununla belə, çərəzlər kifayət qədər kalorili məhsullardır. Buna görə onları həddindən artıq yemək məsləhət görülmür. Mütəxəssislər gündə təxminən 20–30 qram, yəni bir ovuc çərəz qəbul etməyi tövsiyə edir.

Çərəzləri mümkün qədər duzsuz, şəkərsiz və yağda qızardılmamış formada seçmək daha məqsədəuyğundur.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər