Yunanıstanın 3 bölgəsində meşə yanğınları baş verdi
Yunanıstanda yüksək temperaturun hökm sürdüyü bir vaxtda üç fərqli bölgədə meşə yanğınları başlayıb.
News24.az xəbər verir ki, Yunanıstan mediasının məlumatına görə, yanğınlar Korinf vilayətinin Agio Vasilio, Grebene vilayətinin Perivoli bölgələrində və Samos adasının Vangelistra ərazisində qeydə alınıb.
Yanğınların söndürülməsi üçün həm qurudan, həm də havadan müdaxilə edilir.
Ölkənin Mülki Müdafiə Baş Katibliyinin məlumatına görə, Peloponnesin şərqi, Afina və ətrafı, Korinf, Euboeya adası və Egey dənizindəki adalarda meşə yanğını riski ikinci ən yüksək səviyyədə – “narıncı” xəbərdarlıq olaraq qiymətləndirilib.
Yunanıstanda həftəsonundan başlayan isti hava dalğası da davam edir. Meteorologiya İdarəsinin məlumatına görə, dünən ölkə üzrə 580 meteoroloji stansiyanın 155-də temperatur 40 dərəcəni ötüb. Afinada isə havanın temperaturu 39 dərəcəyə yüksəlib.