Bərdədə yol qəzası - Xəsarət alanlar var
24 Aug 2026, 21:43
2 baxış
Admin
Bərdədə baş verən yol qəzasında 2 nəfər xəsarət alıb.
News24.az xəbər verir ki, "Mercedes" və "Lada" markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində Bərdə rayonu Zümürxan kənd sakinləri; 1957-ci il təvəllüdlü Nəbiyeva Nərgiz Mahmud qızı və 1978-ci il təvəllüdlü Xudaverdiyev Zaur Zabil oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qəzanın başvermə səbəbi araşdırılır./Report
Mənbə:
news24.az