Dünya

“Anthropic”dən nəhəng IPO planı

21 Aug 2026, 16:59 21 baxış Admin
“Anthropic”dən nəhəng IPO planı

“Claude”un yaradıcısı “Anthropic” şirkəti “SpaceX”in rekord həcmli ilkin kütləvi təklifini (IPO) təkrarlamağı və ya onu geridə qoymağı hədəfləyir.
“Bakupost” xəbər verir ki, şirkətin bu ayın sonuna qədər IPO üçün müraciət etməyə hazırlaşdığı bildirilir.
Mənbələrə görə, “Anthropic”in IPO-dan nə qədər vəsait cəlb edəcəyi hələ dəqiqləşməyib və danışıqlar davam edir.
“SpaceX” bu il IPO zamanı ümumilikdə 86,2 milyard dollar vəsait cəlb edərək rekord müəyyənləşdirib.
“Anthropic”in IPO-nun “OpenAI”dan əvvəl baş tutması gözlənilir.
Vüsalə Hüseynova,BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər