Bərdə sakininin quyuda meyiti tapıldı
20 Sep 2026, 14:45
1 baxış
Admin
Ağdam rayonunun Şelli kəndində ölüm hadisəsi baş verib.
News24.az xəbər verir ki, kənd ərazisində yerləşən kəhriz quyusundan Bərdə rayon sakini, 1980-ci il təvəllüdlü Hacıyev Müşfiq Aqil oğlunun meyiti aşkarlanıb.
İlkin məlumata görə, M.Hacıyev bir neçə gün əvvəl yaşadığı ünvana qayıtmayıb. Bundan sonra onun yaxınları itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Məlumata görə, Bərdə sakini Ağdamın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən şirkətlərdən birində mühafizəçi işləyib.
Hadisənin səbəbləri və ölümün digər təfərrüatları araşdırılır./APA
Mənbə:
news24.az