Bakının bu kəndində YOL BAĞLANIR – Sürücülərə xəbərdarlıq
20 Sep 2026, 16:14
2 baxış
Admin
Sentyabrın 21-dən etibarən Sabunçu rayonunun Maştağa qəsəbəsində avtomobillərin hərəkətində məhdudiyyət tətbiq ediləcək.
News24.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, saat 09:00-dan etibarən Baloğlan Bağırov küçəsinin Məhəmmədəli Şəfai küçəsi ilə kəsişməsindən Səyyarə Zeynalova küçəsinə qədər olan hissəsində təmir işlərinə başlanılacaq.
Təmir işlərinin gedişindən asılı olaraq nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırıla bilər.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və ərazidə mümkün sıxlığın qarşısının alınması məqsədilə əvvəlcədən alternativ yollardan istifadə etmələri xahiş olunur.
Mənbə:
news24.az