Bakıda uşaq xəstəxanasının sanitar qovşağı ilə bağlı RƏSMİ AÇIQLAMA
21 Aug 2026, 11:24
5 baxış
Admin
Xəbər verdiyimiz kimi Bakıda 6 saylı Uşaq Kliniki Xəstəxanasının sanitar qovşağında anti-sanitar vəziyyət yaranıb.
TƏBİB-dən News24.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən tibb müəssisəsi köhnə binada fəaliyyət göstərir:
"Sosial şəbəkələrdə yayılan görüntülərdə əks olunan hissə isə hazırda istifadə edilmir və xəstəxananın fəaliyyət zonasına daxil deyil. Həmin ərazidən tibb personalı, həkimlər və pasiyentlər istifadə etmir".
Mənbə:
news24.az