Kriminal

Azərbaycanda dəhşət - Ana öldü, əkiz qardaşlar yaralandı

20 Aug 2026, 21:53 10 baxış Admin
Azərbaycanda dəhşət - Ana öldü, əkiz qardaşlar yaralandı

Salyanda yol qəzası olub, ölən və yaralananlar var.

News24.az xəbər verir ki, hadisə yeni Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Lənkərandan Bakı istiqamətində hərəkət edən "Hyundai Accent" markalı avtomobil idarə etmədən çıxaraq yolun kənarına aşıb.

Nəticədə sürücü, 1987-ci il təvəllüdlü Əsədli Mahir Rüfət oğlu və onun əkiz qardaşı, 1987-ci il təvəllüdlü Əsədov Tahir Rüfət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə zamanı anaları, 1962-ci il təvəllüdlü Əliyeva Səlbi Hüseyn qızı hadisə yerində ölüb.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır. /report.az/

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər