Ermənistanda yük maşını hərbçiləri vurdu - Ölən var
20 Aug 2026, 10:45
19 baxış
Admin
Ermənistanın Qeqarkunik vilayətində ağır qəza baş verib.
News24.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, avqustuт 19-u saat 21 radələrində, naməlum şəraitdə QAZ-53 markalı yük avtomobilinin sürücüsü bir qrup hərbçini vurub.
Qəza nəticəsində hərbi qulluqçu Suren Vardanyan həyatını itirib.
Yaralanan 6 nəfər hərbi hospitala çatdırılıb.
Nazirlikdən bildirilib ki, onların həyatı üçün təhlükə yoxdur və hazırda həkimlərin nəzarəti altındadırlar.
Mənbə:
news24.az