İndoneziyada yenə zəlzələ oldu
20 Aug 2026, 10:48
24 baxış
Admin
İndoneziyada 5,7 bal gücündə zəlzələ olub.
News24.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Ruteng qəsəbəsindən 32 kilometr şimal-şərqdə yerləşib.
Yeraltı təkanlar 10 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələ nəticəsində ölənlərin sayı və dağıntılar barədə məlumat verilməyib.
Mənbə:
news24.az