Anar Nəcəfli vəzifəsindən azad edildi
20 Aug 2026, 09:39
22 baxış
Admin
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli tutduğu vəzifədən azad edilib.
"Bakupost" Gununsesi.info-ya istinadən xəbər verir ki, Anar Nəcəfli artıq AAYDA-nın Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışmır.
Onun vəzifədən azad edilməsinin səbəbləri barədə hələlik rəsmi açıqlama verilməyib.
Diqqətçəkən məqam onun hələ də sosial şəbəkədə qurumla bağlı paylaşımlara davam etməsidir.
Mənbə:
bakupost.az