Kriminal

Beyləqanda bir nəfər kanalda batdı

15 Aug 2026, 22:24 15 baxış Admin
Beyləqanda bir nəfər kanalda batdı

Beyləqanda su kanalında bədbəxt hadisə baş verib.

News24.az xəbər verir ki, hadisə Yuxarı Qarabağ kanalının rayonun Görüş adlanan ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata əsasən, kanala düşən şəxsin qadın olduğu bildirilir. Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.

Hazırda qadının tapılması istiqamətində tədbirlər görülür və hadisənin digər təfərrüatları araşdırılır. (Trend)

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər