Yuxulu sürücü əks yola çıxıb qəza törətdi
14 Aug 2026, 16:00
22 baxış
Admin
Yevlax-Bərdə yolunda yuxulu sürücünün törətdiyi yol qəzasının görüntüləri yayılıb.
"Bakupost" xəbər verir ki, sosial şəbəkədə yayılan videodan “Lada” markalı avtomobilin sürücüsünün sükan arxasında yuxuladığı məlum olur. Bu səbəbdən o, bir neçə dəfə əks yola çıxıb və qəza şəraiti yaradıb, öz yolu ilə gedən digər avtomobilə çırpılıb.
Bir çox şəxslər videonu çəkən vətəndaşı qınayaraq onun həmin sürücüyə xəbərdarlıq edə biləcəyini, qəzanın qarşısını ala biləcəyini deyiblər.
Həmin görüntüləri təqdim edirik:
"
Mənbə:
bakupost.az