“Meyvəli” bazarında yanğın - VİDEO
14 Aug 2026, 12:15
28 baxış
Admin
Paytaxtın Qaradağ rayonu ərazisində yerləşən "Meyvəli" Ticarət Mərkəzində yanğın olub.
News24.az xəbər verir ki, hadisə ötən gün baş verib.
Fövqəladə Hallar Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, 13 avqust tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində plastik yeşiklər yığılmış ərazidə yanğın baş verib və yanğın genişlənməsinə imkan verilmədən FHN qüvvələri tərəfindən qısa müddətdə söndürülüb./Unikal
Mənbə:
news24.az