Tovuzda çay daşdı, iki nəfər xilas edildi — VİDEO
13 Aug 2026, 20:48
22 baxış
Admin
Tovuz rayonunda çayın daşması nəticəsində iki nəfər təhlükədə qalıb.
News24.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb olunub.
Aparılan əməliyyat tədbirləri nəticəsində 1971-ci il təvəllüdlü Yunis Hümbətov və 1984-cü il təvəllüdlü Seymur İbrahimov xilas ediliblər.
Qeyd edək ki, son bir neçə gündür yağışlı hava şəraiti davam edir. (Qafqazinfo)
Mənbə:
news24.az