Lənkəranda açıq sahədə yanğın başladı
13 Aug 2026, 16:48
22 baxış
Admin
Lənkəranda açıq sahədə yanğın başlayıb.
News24.az xəbər verir ki, yanğın günorta saatlarından Lənkəran rayonunun 1 saylı Nərimanabad qəsəbəsi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, yanğın moruq sahəsini və kol-kosluq ərazini əhatə edir.
Ərazidə küləkli hava alovun yayılmasına səbəb olub.
FHN-in qüvvələri əraziyə cəlb edilib.
Hazırda yanğının lokallaşdırılması və alovun yaşayış evlərinə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür./APA
Mənbə:
news24.az