Bakının mərkəzində yanğın başladı
13 Aug 2026, 13:26
26 baxış
Admin
Bakının Səbail rayonunda yaşayış binasında yanğın başlayıb.
News24.az xəbər verir ki, yanğın Lev Tolstoy küçəsində yerləşən mənzillərdən birində qeydə alınıb.
Hadisə ilə əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda mənzildə baş vermiş yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Mənbə:
news24.az