Digər

DSMF-nin xərcləri 431 milyon manat artıb

12 Aug 2026, 11:19 20 baxış Admin
DSMF-nin xərcləri 431 milyon manat artıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin yanvar-iyul aylarında proqnozla müqayisədə 5 faiz və ya 239 milyon manat çox olmaqla 5 milyard 56 milyon manat təşkil edib.

Bu barədə "Bakupost"a ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları proqnoza nisbətən 6 faiz və ya 240 milyon manat artaraq 4 milyard 48 milyon manat olub.
Qeyd edilib ki, bu ilin 7 ayında DSMF-nin xərcləri isə 4 milyard 811 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz və ya 431 milyon manat çoxdur.




Content Image
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər