Nazir İsaxan Aşurovun oğluna yeni vəzifə verdi
11 Aug 2026, 17:13
24 baxış
Admin
Fövqəladə Hallar Nazirliyinin (FHN) ləğv edilən Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin rəisi polkovnik Kənan Aşurova yeni vəzifə verilib.
News24.az xəbər verir ki, o, FHN-in Baş Əməliyyat İdarəsinin rəis müavini təyin edilib. Bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq Əmr imzalayıb.
Qeyd edək ki, Kənan Aşurov mərhum vəkil İsaxan Aşurovun oğludur./Qaynarinfo
Mənbə:
news24.az