“1 saat 10 dəqiqə ərzində 103-ü yığdım, cavab verən olmadı”
11 Aug 2026, 15:50
20 baxış
Admin
Paytaxtda vətəndaş ötən gecə saat 00:56-dan 02:07-dək dəfələrlə zəng etsə də, telefonuna cavab verilməyib.
"Bakupost" Milli.az-a istinadla xəbər verir ki, uşağın vəziyyəti ağırlaşıb və o, az qala can verirmiş. Kömək üçün 1 saat 11 dəqiqə ərzində 27 dəfə zəng edən şəxs heç kimdən cavab ala bilməyib.
Sonda çıxılmaz vəziyyətdə taksi çağıraraq uşağa baxa biləcək həkim axtarmağa başlayıb.
Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlanıb.
Mənbə:
bakupost.az