Digər

Balakəndə ağır qəza: ana, ata və oğul həlak oldu –

11 Aug 2026, 13:48 21 baxış Admin
Balakəndə ağır qəza: ana, ata və oğul həlak oldu –

Balakən rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən Məryəm Hoorsova, bir ailənin üzvləri – Yaşar Mütəllibov, Pərvanə Məmmədova və Rəşad Mütəllibovun görüntüləri yayılıb.

"Bakupost" Oxu.az-a istinadən həmin görüntüləri təqdim edir:


***

Balakən rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan daha bir nəfər ölüb.


"Bakupost" Oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində “Toyota” markalı avtomobildə olan sərnişin 1975-ci il təvəllüdlü Yaşar Mahamarəsul oğlu Mütəllibov xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Xatırladaq ki, dünən Balakən rayonunun Katex kəndi ərazisində “Hyundai”, KIA və “Toyota” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 1974-cü il təvəllüdlü Pərvanə Zahid qızı Məmmədova, Məryəm Kamil qızı Hoorsova və 1999-cu il təvəllüdlü Rəşad Yaşar oğlu Mütəllibov hadisə yerində ölüb, 1975-ci il təvəllüdlü Yaşar Mahamarəsul oğlu Mütəllibov və 1965-ci il təvəllüdlü Şərif Siracəddin oğlu Soltanov xəsarətlərlə xəstəxanaya yerləşdirilmişdilər.
Qeyd edək ki, ölənlərdən Y.Mütəllibov ailə baçısı, P.Məmmədova onun həyat yoldaşı, R.Mütəlibov isə onların övladıdır.


Content Image
Content Image
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər