Digər

Azərbaycan XİN Kolumbiyaya başsağlığı verdi

10 Aug 2026, 23:10 25 baxış Admin
Azərbaycan XİN Kolumbiyaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) baş vermiş zəlzələ ilə bağlı Kolumbiyaya başsağlığı verib.
"Bakupost" xəbər verir ki, bu barədə XİN "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Kolumbiyada baş vermiş zəlzələ nəticəsində insanların həlak olması və dağıntıların meydana gəlməsi bizi dərindən kədərləndirib. Həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirik. Bu çətin zamanda Kolumbiya xalqının yanındayıq", - deyə paylaşımda vurğulanıb.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər