“Nvidia” “Stargate”ə 3 milyard yatırır
10 Aug 2026, 17:31
23 baxış
Admin
“Nvidia” süni intellekt infrastrukturu layihəsi “Stargate”in əsas məlumat mərkəzi tərəfdaşlarından biri olan “Lancium” şirkətinə 3 milyard dollara qədər investisiya qoymağa hazırlaşır.
“Bakupost” xəbər verir ki, “Nvidia” ilkin mərhələdə “Lancium”un təxminən 20% payını almaq üçün 2 milyard dollar yatıracaq. Müəyyən şərtlərin yerinə yetirilməsi halında şirkət əlavə 1 milyard dollar da investisiya edə bilər.
Razılaşmaya əsasən, “Lancium”un korporativ dəyəri təxminən 10 milyard dollar qiymətləndirilir. İnvestisiyanın şirkətin fəaliyyətini genişləndirməsinə və 2027-ci ildə mümkün “IPO”a hazırlaşmasına dəstək verəcəyi gözlənilir.
“Lancium”un Texas ştatının Abilene şəhərində yerləşən 1000 hektarlıq “Lancium Clean Campus” ərazisi “Stargate” layihəsinin ilk fəaliyyət göstərən sahəsidir.
Vüsalə Hüseynova,BakuPost
Mənbə:
bakupost.az