Kriminal

Azərbaycanlı rezident həkim Türkiyədə intihara cəhd edib

08 Aug 2026, 13:47 30 baxış Admin
Azərbaycanlı rezident həkim Türkiyədə intihara cəhd edib

Türkiyənin Samsun şəhərində Ondokuz Mayıs Universitetində uzmanlıq təhsili alan azərbaycanlı rezident həkim A.B. evində intihara cəhd edib.

News24.az xəbər verir ki, həmyerlimiz ondan xəbər ala bilməyən dostlarının evinə getməsi sayəsində xilas edilib.

Məlumata görə, iki uşaq anası olan A.B. Ondokuz Mayıs Universitetinin Tibb Fakültəsinin Uşaq Sağlamlığı və Xəstəlikləri kafedrasında uzmanlıq təhsili alır və onun burada təhsilinin bitməsinə iki ay qalıb.

İddialara əsasən, o, klinikada üzləşdiyi problemlərə görə intihara cəhd edib./Qafqazinfo

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər