Dünya

45 milyonluq təklifi rədd etdilər

08 Aug 2026, 00:19 1 baxış Admin
45 milyonluq təklifi rədd etdilər

İngiltərənin “Mançester Siti” klubu yarımmüdafiəçi Rodrinin transferi ilə bağlı İspaniya “Barselona”sının ilk təklifini rədd edib.
“Bakupost” xəbər verir ki, bu barədə tanınmış jurnalist Ben Ceykobs məlumat yayıb.
İnsayder transferin təfərrüatlarını açıqlayıb:
“Mançester Siti” Rodri üçün “Barselona”nın təqdim etdiyi təxminən 45 milyon avroluq təklifi geri çevirib. İngiltərə klubu bu keçid üçün təxminən 75 milyon avro tələb edir. Buna baxmayaraq, “Barselona” yeni təkliflə geri dönəcək və nikbinliyini qoruyur. Rodri özü isə artıq Kataloniya təmsilçisi ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb”.
Məlumat üçün bildirək ki, 30 yaşlı son dünya çempionu İngiltərə Premyer Liqasının 2025/26 mövsümündə 21 oyuna çıxaraq 1 qol vurub. Təcrübəli yarımmüdafiəçi Çempionlar Liqasında da matçlara çıxsa da, məhsuldar göstəricilərlə yadda qalmayıb.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər