Bu vərdiş münasibətləri korlaya bilər
Alimlər müəyyən ediblər ki, partnyorla problemləri davamlı müzakirə etmək münasibətlərə insanların şüurluluq səviyyəsindən asılı olaraq fərqli təsir göstərə bilər.
News24.az xəbər verir ki, bu barədə “Mindfulness” jurnalında dərc olunan araşdırmada məlumat verilib.
Araşdırmada söhbət psixoloqların “ko-ruminasiya” adlandırdığı, cütlüklərin eyni problemi dəfələrlə müzakirə edərək mənfi düşüncələrə kökləndiyi davranışdan gedir.
Tədqiqatçılar münasibətdə olan 445 nəfəri, əsasən tələbələri, araşdırıblar. Nəticələr göstərib ki, problemlərin tez-tez müzakirəsi aşağı və orta səviyyədə şüurluluğa malik insanlarda daha yüksək münasibət keyfiyyəti ilə əlaqəli olub, lakin yüksək səviyyədə şüurluluğa malik iştirakçılarda nəticə əksinə olub. Belə insanlarda problemlərin təkrar-təkrar müzakirəsi münasibətdən məmnunluğun azalması, mənfi münasibət göstəricilərinin artması və cinsi həyatın keyfiyyətinin pisləşməsi ilə əlaqələndirilib.
Araşdırmanın müəllifi, Florida Dövlət Universitetinin evlilik və ailə terapiyası üzrə doktorantı Yunçji Çjen bildirib ki, problemlər barədə uzun-uzadı danışmaq nə tamamilə faydalı, nə də zərərlidir. Bunun münasibətə təsiri insanın öz düşüncə və emosiyalarına münasibətindən asılı ola bilər.
“Problemlər barədə daha çox danışmaq həmişə daha yaxşı nəticə vermir. Cütlüklər söhbətin yaxınlıq və anlaşma yaradıb-yaratmadığına diqqət etməlidirlər”, – deyə Çjen qeyd edib.