Cəmiyyət

Milli Qəhrəman Hökümə Əliyevanın doğum günüdür

08 Aug 2026, 00:07 1 baxış Admin
Milli Qəhrəman Hökümə Əliyevanın doğum günüdür

Azərbaycanın Milli Qəhrəmanı, təyyarə bələdçisi Hökümə Əliyevanın doğum günüdür

News24.az xəbər verir ki, Hökümə Cəlil qızı Əliyeva 1991-ci ildə Kəlbəcər rayonu, Susuzluq kəndində anadan olub.

1996-cı ildə isə Rusiyaya köçüb və Volqoqrad vilayətində bir müddət yaşayıb. Hökümə burada 1-ci sinifdən 6-cı sinfə qədər şəhərin 78 nömrəli məktəbində təhsil alıb. Daha sonra ailəsi Gəncəyə köçüb və Hökümə burada təhsilini davam etdirib. Gəncə şəhərindəki V.Veysəlov adına 30 nömrəli tam orta məktəbi bitirdikdən sonra 612 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub.

Hökümə Əliyeva 2024-cü ilin dekabr ayında AZAL-a məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğradığına görə həlak olub.

O, son dəqiqələrdə sərnişinləri sakitləşdirmək üçün səsləndirdiyi "Hər şey yaxşı olacaq" ifadəsi ilə yaddaşlarda silinməz iz qoyub.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər