"Ən böyük hədiyyən mənəm" - Emindən xanımına
08 Aug 2026, 00:53
2 baxış
Admin
Xalq artisti Emin Ağalarov ad günündə həyat yoldaşı Alyona Qavrilova ilə bağlı daha bir paylaşım edib.
News24.az xəbər verir ki, ifaçı xanımı ilə aralarında keçən maraqlı dialoqu sosial media hesabında yayımlayıb.
Emin xanımını ad günü münasibəti ilə təbrik edərək əhvalını soruşub.
Xanımı müğənniyə cavabında "Əlayam. Çünki sevimli ailəm, övladlarım bu gün mənimlədir. İndi alış-verişə gedəcəyəm, sonra isə nahar edəcəyik" deyə, bildirib.
Alyona Eminin hədiyyə seçib-seçməməsi ilə bağlı sualına "Yox" deyə, cavab verib.
Emin də öz növbəsində həyat yoldaşına "Sənin hədiyyən mənəm" deyə, söyləyib. Alyona onun bu fikrini təsdiqləyib.
Qeyd edək ki, Emin və Alyonanın Afina adlı qız övladı var. (axsam.az)
Mənbə:
news24.az