Dünya

Kəskin istilər 25 mindən çox insanın ölümünə səbəb oldu

07 Aug 2026, 18:12 3 baxış Admin
Kəskin istilər 25 mindən çox insanın ölümünə səbəb oldu

2026-cı ildə Avropada həddindən artıq istilər nəticəsində 25 mindən çox insan ölüb.

"Bakupost" xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, ən çox ölüm hadisəsi Almaniyada qeydə alınıb.
Robert Kox İnstitutuna görə, isti hava dalğası Almaniyada aprel ayından bəri təxminən 11 min 900 ölümə səbəb olub.
İspaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Niderlanddakı dövlət qurumları və analitik təşkilatların məlumatları göstərir ki, Avropada istidən ölənlərin ümumi sayı 25 mini keçib.
Alimlər bildirirlər ki, həddindən artıq yüksək temperatur Avropa əhalisi, xüsusilə də, yaşlılar və xroniki xəstəlikləri olanlar üçün getdikcə daha ciddi təhlükəyə çevrilir.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər