Kriminal

Naxçıvanda kanalda batma təhlükəsi olan şəxs xilas edildi

07 Aug 2026, 09:58 23 baxış Admin
Naxçıvanda kanalda batma təhlükəsi olan şəxs xilas edildi

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə gecə saatlarında 1 nəfərin Uzunoba Su Anbarını qidalandıran kanalda batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Nazirlikdən News24.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Sularda xilasetmə bölməsinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində kanalda batma təhlükəsində olan vətəndaş dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıb.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər