Kriminal

“VAZ”la toqquşan “Prado” aşdı, xəsarət alanlar var - Fotolar

05 Aug 2026, 10:07 1 baxış Admin
“VAZ”la toqquşan “Prado” aşdı, xəsarət alanlar var - Fotolar

Ağcabədidə yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, qəza rayonun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb.

“Toyota Prado” və “VAZ 2107” markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə zamanı avtomobillərə ciddi zərər dəyib. “Toyota Prado” aşıb.

Yaralılar təcili tibbi yardım briqadalarının köməyi ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır./Qafqazinfo



Content Image
Content Image
Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər