Filippində 6,4 bal gücündə zəlzələ oldu
05 Aug 2026, 10:45
2 baxış
Admin
Filippində 6,4 bal gücündə zəlzələ baş verib.
News24.az xəbər verir ki, yeraltı təkanlar Filippinin cənubunda, Saranqani bölgəsinin sahillərində qeydə alınıb.
Yeraltı təkanlar Balut adasından təxminən 37 kilometr cənub-qərbdə, 13 kilometr dərinlikdə qeydə alınıb.
Tektonik mənşəli olduğu bildirilən zəlzələ General Santos şəhəri ilə yanaşı, Saranqani və Cənubi Kotabato bölgələrinin müxtəlif ərazilərində də hiss olunub.
Bəzi məntəqələrdə təkanların intensivliyinin 5 bala çatdığı açıqlanıb.
İlkin qiymətləndirməyə əsasən, zəlzələ nəticəsində ciddi dağıntı qeydə alınmayıb.
Həlak olanlar, xəsarət alanlar və ya maddi ziyanla bağlı isə hələlik rəsmi məlumat verilməyib.
Mənbə:
news24.az