Məmmədnağı Əkbərov bu agentliyin sədr müavini oldu
05 Aug 2026, 11:33
2 baxış
Admin
Məmmədnağı Asiman oğlu Əkbərov Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini təyin edilib.
"Bakupost" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının (MR) Nazirlər Kabineti sərəncam verib.
Qeyd edək ki, M.Əkbərov bundan əvvəl Naxçıvan MR-in Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti İdarəsinin rəisi vəzifəsində çalışıb.
Mənbə:
bakupost.az