Kriminal

Qubada maşın aşdı - 3 nəfər xəsarət aldı

03 Aug 2026, 13:05 1 baxış Admin
Qubada maşın aşdı - 3 nəfər xəsarət aldı

Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, qəza Quba–Qonaqkənd avtomobil yolunun Püstəqasım kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata əsasən, UAZ markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./APA

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər