Qubada qəza: 5 nəfər xəsarət aldı
02 Aug 2026, 15:38
5 baxış
Admin
Qubada iki minik avtomobili toqquşub, 5 nəfər xəsarət alıb.
News24.az xəbər verir ki, hadisə Quba şəhərinin Əliqulu Nərimanov küçəsində qeydə alınıb.
İlkin məlumata əsasən, "Chevrolet" və "Ford" minik avtomobilləri toqquşub.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 5 nəfər təcili tibbi yardım briqadalarının köməyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:
news24.az