Kriminal

Qaxda ağır qəza - Ölən və xəsarət alanlar var

01 Aug 2026, 14:05 8 baxış Admin
Qaxda ağır qəza - Ölən və xəsarət alanlar var

Qaxda ağır yol nəqliyyat hadisəsi baş verib, ölən və xəsarət alanlar var.

News24.az xəbər verir ki, hadisə Qax-Qorağan avtomobil yolunun rayonun Əlibəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" və "Niva" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir neçə nəfərin ağır bədən xəsarətləri aldığı, bir azyaşlının isə öldüyü bildirilir.

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. (report)

Content Image
Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər