Cəmiyyət

İran Hörmüz boğazının tamamilə bağlandığını elan etdi

31 Jul 2026, 21:15 12 baxış Admin
İran Hörmüz boğazının tamamilə bağlandığını elan etdi

İranın Fars Körfəzi Su Yolları İdarəetmə Təşkilatı (PGSA) Hörmüz boğazı vasitəsilə gəmilərin hərəkətinin tamamilə dayandırıldığını bəyan edib.


"Bakupost" xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
"Çoxsaylı suallarla bağlı diqqətinizə çatdırırıq: ABŞ Silahlı Qüvvələrinin regionda davam edən "təcavüzkar" əməlləri səbəbindən Hörmüz boğazından keçid hazırda bağlıdır", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, bütün müraciətlərə növbəli şəkildə baxılacaq, sabitlik və asayiş bərqərar olunana kimi icazələr tədricən veriləcək.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər