Dünya

Lukaşenkoya "inək" hədiyyə edildi

31 Jul 2026, 14:58 14 baxış Admin
Lukaşenkoya "inək" hədiyyə edildi

Belarusun ən böyük süd məhsulları istehsalçısı olan "Savuşkin Produkt" şirkəti ölkə Prezidenti Aleksandr Lukaşenkoya tunc inək heykəli hədiyyə edib.
"Bakupost" xəbər verir ki, ​müəssisəyə səfəri zamanı təqdim olunan bu simvolik hədiyyə ölkənin kənd təsərrüfatı və südçülük sənayesinə göstərilən diqqətə minnətdarlıq rəmzi kimi dəyərləndirilib.
​Təqdim olunan heykəl real ölçülərə yaxın formada hazırlanıb. Heykəlin boynunda şirkətin adı həkk olunmuş zəng və qulağında çiçək detalı diqqət çəkir. Aleksandr Lukaşenko heykəli maraqla qarşılayaraq ona baxış keçirib.
​"Savuşkin Produkt" Belarusun süd emalı sahəsində lider brendlərindən biri olmaqla yanaşı, məhsullarını bir çox xarici ölkələrə də ixrac edir.
Günel,BakuPost

Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər