Dünya

Anasını öldürmək üçün muzdlu qatil tutdu, həbs edilmədi

31 Jul 2026, 13:08 13 baxış Admin
Anasını öldürmək üçün muzdlu qatil tutdu, həbs edilmədi

Rusiyanın Novosibirsk vilayətində 49 yaşlı kişi anası ilə aralarında yaranan şəxsi münaqişə səbəbindən onu öldürmək qərarına gəlib.

News24.az xəbər verir ki o, sözügedən cinayət üçün muzdlu qatilə pul təklif edib.

Lakin həmin şəxs cinayətdə iştirak etmək istəməyib və bu barədə kişinin anasına məlumat verib.

Onlar birlikdə hüquq-mühafizə orqanlarına müraciət ediblər.

İlkin istintaq zamanı psixiatrik ekspertiza təqsirləndirilən şəxsin anlaqsız olduğunu müəyyən edib.

Cinayət işi məcburi tibbi tədbirlərin tətbiqi qərarıyla birgə məhkəməyə göndərilib.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər