79 yaşlı kişi kanala yıxılaraq boğuldu
31 Jul 2026, 11:55
16 baxış
Admin
Bərdə rayonunda bədbəxt hadisə baş verib.
News24.az xəbər verir ki, hadisə rayonun Hacıəhmədli kəndində qeydə alınıb.
Kənd sakini, 1947-ci il təvəllüdlü Məhəmməd Cəlilov ağac kəsərkən ehtiyatsızlıqdan Yuxarı Qarabağ kanalına yıxılıb. O, suda boğularaq həyatını itirib.
Meyit sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır./APA/
Mənbə:
news24.az