Dünya

Hörmüz buna görə bağlıdır - Bəqai

30 Jul 2026, 20:25 14 baxış Admin
Hörmüz buna görə bağlıdır - Bəqai

Oman rəsmiləri ilə Hörmüz boğazı barədə danışıqlar davam edir.


"Bakupost" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai İLNA xəbər agentliyinə deyib.
“Tehranda Omanla danışıqlar bir neçə mərhələdə davam edir. Aydın olan odur ki, hazırda Hörmüz boğazı Amerikanın hərəkətləri səbəbindən bağlıdır. Beynəlxalq gəmiçilik yalnız ABŞ-ın hərəkətləri səbəbindən zərər görür və zədələnir. Vəziyyət ABŞ və İsrailin 28 fevralda başlayan və müxtəlif formalarda davam edən hərbi təcavüzünün nəticəsidir”, - o bildirib.
Qeyd edək ki, bundan öncə İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi Omanla Hörmüz boğazı ilə bağlı danışıqlar aparıldığını təsdiqləmişdi.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər