Paşinyan Putindən 2 milyard dollar istəyir: Dəmiryoluna görə
30 Jul 2026, 18:19
14 baxış
Admin
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin dəmiryolu infrastrukturundan istifadə etdiyi üçün Rusiyadan 2 milyard dollar tələb edəcəyini istisna etməyib.
“Bakupost” xarici mətbuata istinadən xəbər verir ki, Paşinyan ölkə daxilindəki dəmir yolunun Ermənistanın mülkiyyəti olduğunu vurğulayıb.
O bildirib ki, İrəvan bundan istədiyi kimi istifadə edə bilməlidir. Fikir ayrılıqları yarandığı təqdirdə isə Ermənistan arbitraj məhkəməsinə müraciət edə bilər.
Rüfət Sultan,BakuPost
Mənbə:
bakupost.az